...

Gürcüstanın yeni Prezidentinin administrasiya rəhbərinin adı məlum olub

Dünya xəbərləri Materials 29 Oktyabr 2013 10:05 (UTC +04:00)
Gürcüstanın yeni Prezidentinin administrasiyasının rəhbəri vəzifəsinə Laşa Abaşidze təyin edilib.
Gürcüstanın yeni Prezidentinin administrasiya rəhbərinin adı məlum olub

Gürcüstan, Tbilisi, 29 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın yeni Prezidentinin administrasiyasının rəhbəri vəzifəsinə Laşa Abaşidze təyin edilib. Yeni seçilən Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bir sıra şəxslərə vəzifələr təklif edib. Onun sözlərinə görə, hələlik onlardan cavab almayıb.

Laşa Abaşidzeyə gəldikdə isə, Marqvelaşvilinin sözlərinə görə, onlar birlikdə Təhsil Nazirliyində, daha sonra isə seçki qərargahında işləyiblər.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bütün 3 741 məntəqədəki bülletenləri hesablayaraq Prezident seçkilərinin ilk yekun nəticələrini açıqlayıb. Seçkilərdə qələbəni hakim "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvili qazanıb.

G.Marqvelaşvili həmin məntəqələrdə 62,1 faiz səs toplayıb. Seçkilərdə ikinci yeri 21,73 faiz səslə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze tutub. "Demokratik hərəkat - Vahid Gürcüstan"ın namizədi Nino Burcanadze isə 10,18 faiz səslə üçüncü olub.

Gürcüstanın yeni Prezidenti Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda Prezident seçkiləri oktyabrın 27-də keçirilib. Seçkilərdə seçicilərin 46 faizi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti