...

Ermənistan polisi İrəvanın mərkəzində 37 nəfər icazəsiz yürüş iştirakçısını saxlayıb

Dünya xəbərləri Materials 6 Noyabr 2013 02:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

İrəvanın mərkəzində Maştos prospektində çərşənbə axşamı icazəsiz yürüş keçirməyə cəhd göstərən "Seqakron" erməni hərəkatının lideri Şanta Arutyunyanın otuz yeddi tərəfdarları polis şöbəsinə gətirilib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə polisin mətbuat xidmətindən bildirilib.

"Araşdırma aparılır və saxlanılanların statusu müəyyən edilir", - mənbə deyib.

Bir neçə gün İrəvanın mərkəzində Azadlıq meydanında oturaq tətili keçirən Arutyunyan, çərşənbə axşamı öz tərəfdarlarının icazəsiz yürüşünü keçirmək qərarına gəlib.

Aksiya meydandan Maştos prospekti istiqamətində başlayıb. Təxminən 100 nəfər toplaşıb.

Toplaşanlar əllərində taxta dəyənəklərlə gediblər. Maştos prospektinə çataraq, onlar zəncir hasarı yarıb polisin ayaq altına əldəqayırma partlayıcı paket atıblar. Polis və aksiya iştirakçıları arasında toqquşma baş verib.

Toqquşma nəticəsində yeddi polis, həmçinin 16 yaşlı yeniyetmə yaralanıb. Polislərdən biri bıçaqlanıb. Zərərçəkənlər İrəvanın müxtəlif xəstəxanalarında yerləşib. Onların həyatına heç bir təhlükə yoxdur.

Arutyunyan və ən fəal məsləkdaşları öz oğlu ilə birlikdə polis şöbəsinə gətirilib.

Xəbər lenti

Xəbər lenti