Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Kiyevin müvafiq sazişin imzalanmasına hazırlığın dayandırılması qərarına baxmayaraq, Avropa İttifaqı tezliklə Ukrayna ilə assosiasiyalar haqqında məsələ üzrə danışıqlarda irəliləyişə nail olacağına ümid edir. Trend-in məlumatına görə, bunu Aİ-nin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton cümə günü bəyan edib. Xəbəri RİA Novosti yayıb.
K.Eşton Vilnüsdə Şərq Tərəfdaşlığı sammitinin plenar iclasından qabaq jurnalistlərə deyib: "Müqavilənin bağlanması məsələsi açıq qalır, çünki bu, Ukrayna üçün, bizim üçün çox vacibdir. Və mən ümid edirəm ki, biz mümkün qədər tez bir zamanda bu məsələnin həllində irəli gedə biləcəyik".