...

Barak Obama İranı sanksiyalarla hədələyib, əgər o, Cenevrə sazişini yerinə yetirməsə

Dünya xəbərləri Materials 8 Dekabr 2013 01:46 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə.
Barak Obama İranı sanksiyalarla hədələyib, əgər o, Cenevrə sazişini yerinə yetirməsə

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

"Biz sanksiyalar rejiminin mahiyyətini yumşaltmırıq, lakin Tehrana kiçik pəncərə veririk. Əgər yaxın altı ay ərzində İran sazişə getmək istəmədiyini göstərsə, biz sanksiyalara doğru qayıdacağıq", - Obama Vaşinqtondakı Brukinqs adına tədqiqat institutunda öz çıxışında deyib.

Amerika prezidenti vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.

"İran iqtisadiyyatının həcmi ötən il təxminən 5 faiz azalıb. Tətbiq etdiyimiz sanksiyalar ona gətirib çıxarıb ki, Tehranın neft satışından gəlirləri təxminən iki dəfə azalıb", - Obama bildirib.

Xəbər lenti

Xəbər lenti