Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Dağıstanda milli neft şirkəti yaradıla bilər. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Prezidenti Ramazan Abdulatipovun respublika parlamentinə müraciətində deyilir.
Prezident qeyd edib ki, hazırda Dağıstan ilə "Rosneft" şirkəti arasında razılıq mövcuddur: "Respublikanın kifayət qədər neft-qaz ehtiyatları var. Lakin bu faktor respublika əhalisinin rifahına heç cür təsir etmir".
R.Abdulatipov Xəzər şelfində geoloji-kəşfiyyat işlərinin aparılmasının vacibliyini də vurğulayıb.