...

Amerika universiteti sabiq prezident Saakaşvili üçün xüsusi vəzifə yaradıb

Dünya xəbərləri Materials 20 Yanvar 2014 01:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tafts universiteti yanında Fletçer adına hüquq və diplomatiya məktəbində (The Fletcher School of Law and Diplomacy at Tufts University) onun üçün xüsusi yaradılmış "yüksək rütbəli dövlət qulluqçusu" vəzifəsini tutacaq.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə Saakaşvilinin Facebook sosial şəbəkəsinin səhifəsində bazar günü bildirilir.

"Tafts universitetinin tələbələrin beynəlxalq miqyasda tanınmış liderlər və müxtəlif sahələrdəki praktiklərlə əlaqələr saxlanılması üçün bu vəzifə ilk dəfə olaraq yaradılıb", - Fletçer məktəbinin dekanı Ceyms Stavrids bu barədə deyib.

"Saakaşvili artıq Prinston universitetində çıxış edib, eləcə də mühazirələr oxumaq üçün o, Harvard universitetinə dəvət olunub," - məlumatda deyilir.

Dekabrın ortalarında Saakaşvili bildirib ki, o, ABŞ-dadır və onun yeni işi müxtəlif institutlarda mühazirələr oxumaq olacaq.

Xəbər lenti

Xəbər lenti