Azərbaycan, Bakı, 22 yanvar/Trend/
Kiyevin Qruşevski küçəsində baş vermiş toqquşmalar nəticəsində 167 milis işçisi tibbi yardım üçün müraciət edib. Onlardan 84-ü xəstəxanaya yerləşdirilib.
Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda deyilir ki, xəsarət alanlara qapalı kəllə-beyin travması, yanıq, kəsici-deşici yara və naməlum maddələrdən zəhərlənmə diaqnozu qoyulub.