...

Gürcüstan avtomobillərin texniki baxışdan keçməsini icbariləşdirir

Dünya xəbərləri Materials 7 Fevral 2014 14:43 (UTC +04:00)
2015-ci il martın 1-dən Gürcüstanda tətbiq ediləcək minik avtomobillərinin icbari texniki baxışının qiyməti maksimum 48 lari (1 dollar=1,76 lari) təşkil edəcək.
Gürcüstan avtomobillərin texniki baxışdan keçməsini icbariləşdirir

Gürcüstan, Tbilisi, 7 fevral /Trend, müxbir N.Kirsxaliya/

2015-ci il martın 1-dən Gürcüstanda tətbiq ediləcək minik avtomobillərinin icbari texniki baxışının qiyməti maksimum 48 lari (1 dollar=1,76 lari) təşkil edəcək. Trend-in məlumatına görə, məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyində "TUV Rheinland Group" nümayəndələrinin iştirakı ilə xüsusi brifinq keçirilib.

Agentliyin direktoru Otar Daneliyanın sözlərinə görə, ölkədə nəqliyyat vasitələrinin texniki baxışı qüvvədədir, lakin bunadək icbari olmayıb: "Texniki baxış yalnız avtobus və iritonnajlı avtomobillər üçün məcburi olub və bu xidmətin qiyməti nəqliyyat vasitəsinin növündən asılı olaraq 48-102 lari arasında dəyişir. Gələn il martın 1-dən qüvvəyə minəcək icbari texniki baxış minik avtomobillərinin sahiblərinə maksimum 48 lariyə başa gələcək".

Onun sözlərinə görə, icbari texniki baxışın hansı vaxtlarda keçiriləcəyi hələ məlum deyil.

Agentliyin məlumatına əsasən, hazırda Gürcüstanda 24 texniki baxış məntəqəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti