...

Yaponiyada qar yağması nəticəsində 11 nəfər həlak olub

Dünya xəbərləri Materials 16 Fevral 2014 08:33 (UTC +04:00)
Yaponiyada ötən cümə və şənbə günləri güclü qar yağması nəticəsində xəsarət alanların sayı təxminən 1.5 min nəfərə çatıb, 11 nəfər isə ölüb.
Yaponiyada qar yağması nəticəsində 11 nəfər həlak olub

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Yaponiyada ötən cümə və şənbə günləri güclü qar yağması nəticəsində xəsarət alanların sayı təxminən 1.5 min nəfərə çatıb, 11 nəfər isə ölüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Xəsarət alanlar haqqında son məlumatlar güclü qar yağmış 32 prefekturada toplanıb. Əksər hallarda insanlarda zədələr sürüşkən yollarda yıxılma nəticəsində müşahidə olunur.

Avtomobil magistrallarda hərəkət Tokiodan qərb prefekturalara dayandırılıb. Dəmir yolu nəqliyyatı böyük fasilələrlə fəaliyyət göstərib, aparıcı Yapon aviaşirkətləri iki gün ərzində mindən çox daxili uçuşları təxirə salıblar.

Bu həftə ərzində artıq ikinci güclü qar yağmasıdır: son məlumata görə, Yaponiyanın paytaxt regionuna güclü qar yağması nəticəsində ötən istirahət günlərində ən azı 2 min nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti