...

Miq-29 partiyası təmirdən sonra Ermənistandakı bazaya daxil olub

Dünya xəbərləri Materials 4 Mart 2014 11:39 (UTC +04:00)
Çoxhədəfli Miq-29 qırıcılarının partiyası əsaslı təmirdən sonra Ermənistanda "Erebuni" aviasiya bazasına daxil olub.
Miq-29 partiyası təmirdən sonra Ermənistandakı bazaya daxil olub

Azərbaycan, Bakı, 4 mart /Trend/

Çoxhədəfli Miq-29 qırıcılarının partiyası əsaslı təmirdən sonra Ermənistanda "Erebuni" aviasiya bazasına daxil olub. Bu barədə çərşənbə axşamı jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul məlumat verib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Məlumatda deyilir: "Dördüncü nəsil çoxhədəfli Miq-29 qırıcılarının partiyası əsaslı təmirdən sonra Cənub Hərbi Dairəsinin "Erebuni" aviasiya bazasına daxil olub. Hazırda bazada təyyarələrin qəbulu aparılır".

Qorbul əlavə edib ki, ilin əvvəlindən Miq-29 qırıcılarının pilotları hava döyüşü üzrə 50-dən artıq həm tək, həm də qrup şəklində 500 metrdən 8 min metrədək yüksəklikdə manevr təlim uçuşları həyata keçiriblər.

Çoxhədəfli Miq-29 qırıcı təyyarələri istənilən vaxtda, istənilən hava şəraitində havada üstünlük qazanmaq, yüksək dəqiqliklə idarə olunan silah tətbiqi ilə yerüstü hədəflərin sıradan çıxarılması, həmçinin rəqibin Hava Hücumundan Müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti