...

Ketrin Eşton Rusiyanı Ukrayna ilə birbaşa dialoqa başlamağa çağırıb

Dünya xəbərləri Materials 17 Mart 2014 12:33 (UTC +04:00)
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Rusiyanı Ukrayna ilə birbaşa dialoqa başlamağa çağırıb.
Ketrin Eşton Rusiyanı Ukrayna ilə birbaşa dialoqa başlamağa çağırıb

Azərbaycan, Bakı, 17 mart /Trend/

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Rusiyanı Ukrayna ilə birbaşa dialoqa başlamağa çağırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS xəbər yayıb.

Eşton Brüsseldə Aİ-nin 28 ölkəsinin XİN rəhbərlərinin görüşünə gələrkən bildirib: "Mən Rusiyanı vəziyyəti yoluna qoymaq və böhrandan siyasi yolla çıxmaq üçün Ukrayna rəhbərliyi ilə dialoqa başlamağa, beynəlxalq birliklə danışıqları davam etdirməyə çağırıram".

Onun sözlərinə görə, "son nəticədə Ukraynaya Rusiya ilə mehriban münasibətlər Avropa İttifaqı və qalan dünya ilə olduğu kimi lazımdır".

Fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti