Azərbaycan, Bakı, 17 mart /Trend/
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya cavab addımları barədə düşünəcəklər. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Brüsseldə Xarici İşlər Nazirləri Şurasının açılışından öncə bildirib.
Onun sözlərinə görə, Aİ referendumun beynəlxalq və Ukrayna qanunvericiliyinə zidd olduğunda israrlıdır.