...

Əfqanıstanın şimalında terrorçu özünü partladıb, 15 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 Mart 2014 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Əfqanıstanın Mayman şəhərində intiharçı terrorçunun özünü partlatması nəticəsində 15 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Reuters"-ə istinadən xəbər yayıb.

Yaraqlı özünü şimal əyalətinin inzibati mərkəzi olan şəhər bazarına girişin yaxınlığında partladıb.

Əyalətin qubernatoru Məhəmmədulla Pataş agentliyə bildirib: "Bu gün bazar günüdür və terrorçu özünü partladanda burada çoxlu adam olub". Onun sözlərinə görə, partlayışın konkret kimə qarşı törədildiyi hələ məlum deyil.

Bu arada BMT-nin Əfqanıstandakı missiyasının (MOONSA) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Əfqanıstanda 359 mülki şəxs həlak olub, 647 nəfər yaralanıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 19 faiz çoxdur.

Ötən bazar ertəsi BMT TŞ MOONSA-nın mandatını daha bir il uzadıb. Əfqan hökumətinin xahişi ilə missiya Əfqanıstanda 2014-cü il aprel beşinə nəzərdə tutulmuş prezident, 2015-ci il parlament seçkilərinin təşkilində yerli hakimiyyətə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti