...

Misirin Müdafiə Naziri istefa verib və prezident seçkilərində iştirakı barədə elan edib

Dünya xəbərləri Materials 27 Mart 2014 00:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend/

Misirin müdafiə və hərbi sənaye naziri Abdel Fəttah əs-Sisi istefa verib və prezident seçkilərində iştirakı barədə elan edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Əs-Sisi qərarını ölkənin silahlı qüvvələrinin Ali şurasının iclasından sonra Misir televiziyasının birbaşa efirində səsləndirib. Ordu komandanlığının görüşündə ölkənin müvəqqəti rəhbəri Ədli Mənsur iştirak edib.

Misirdə prezident seçkiləri aprelin ortalarına nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti