...

Ketrin Eşton: Avropa Komissiyası prezident seçkilərinədək Ukraynaya yardımın bir hissəsini ayıra bilər

Dünya xəbərləri Materials 3 Aprel 2014 13:25 (UTC +04:00)
Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Avropa Komissiyasının vəd etdiyi vəsaitin bir hissəsinin mayın 25-də keçiriləcək prezident seçkilərinədək Ukraynaya çatdırılacağına ümid etdiyini bildirib.
Ketrin Eşton: Avropa Komissiyası prezident seçkilərinədək Ukraynaya yardımın bir hissəsini ayıra bilər

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Avropa Komissiyasının vəd etdiyi vəsaitin bir hissəsinin mayın 25-də keçiriləcək prezident seçkilərinədək Ukraynaya çatdırılacağına ümid etdiyini bildirib. Trend-in məlumatıan görə, bu abrədə RİA Novosti xəbər yayıb.

Eşton Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən deyib: "Biz prezident seçkilərinədək 1,6 milyard avro həcmində hərtərəfli yardımımızın bu ay verilməsinə başlaya bilərik".

Ötən həftə BVF xəbər verib ki, Ukrayna ilə "stand by" sabitləşdirmə proqramı çərçivəsində 14 milyarddan 18 milyard dollaradək vəsaitin verilməsi haqında ilkin razılaşma əldə olunub. Bu zaman yardım üçün şərt Ukrayna hakimiyyəti tərəfindən iqtisadiyyatın sabitləşməsinə yönəldilən islahat paketinin qəbul edilməsidir. BVF da daxil olmaqla beynəlxalq birliyin maliyyə yardımının məbləği ümumilikdə iki il ərzində 27 milyard dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti