...

Luqanskda vilayət prokurorluğunun binası azad edilib

Dünya xəbərləri Materials 2 May 2014 14:27 (UTC +04:00)
Ukraynada etirazçılar danışıqlardan sonra Luqansk vilayətinin prokurorluğunun binasını tərk ediblər.
Luqanskda vilayət prokurorluğunun binası azad edilib

Azərbaycan, Bakı, 2 may /Trend/

Ukraynada etirazçılar danışıqlardan sonra Luqansk vilayətinin prokurorluğunun binasını tərk ediblər.

Trend-in cümə günü UNİAN-a istinadən verdiyi məlumata görə, hakimiyyət nümayəndələri və binanı zəbt etmiş insanlar arasında danışıqlar sayəsində razılıq əldə edilib.

Operativ istintaq qrupu hazırda prokurorluğun binasında çalışır.

Qeyd edək ki, aprelin 29-da separatçılar vilayət administrasiyası və prokuorluğunun binasını tutmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti