Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/
İranın Mazandaran tekstil fabrikinin bir qrup fəhləsi bu gün səhər Tehranda parlamentin binası qarşısında aksiya keçirib.
Trend-in İranın İSNA agentliyinə istinadən verdiyi məlumatına görə, Mazandaran tekstil fabrikinin işçiləri 5 ildir ki, onların hüquqi baxımdan iş durumlarının müəyyənləşmədiyini və parlament nümayəndələrindən bu problemin həllində onlara yardım etməyi istəyiblər.
Məlumata əsasən, parlamentin qarşısında həmçinin İranın Ticarət, Mədənlər və Sənaye nazirliyinin bir qrup müfəttişi də aksiya keçirib və onlarda iş durumlarının yaxşılaşdırılması üçün parlament nümayəndələrindən yardım istəyiblər.