...

Danimarka yerli futbol çempionatının oyununda 20-yə yaxın azarkeş saxlanılıb

Dünya xəbərləri Materials 5 May 2014 12:46 (UTC +04:00)
Danimarkada bazar günü axşam paytaxtın "Parken" stadionunda keçirilən "Kopenhagen"-"Brondbyu" oyunundan sonra 20-yə yaxın azarkeş polis tərəfindən saxlanılıb.
Danimarka yerli futbol çempionatının oyununda 20-yə yaxın azarkeş saxlanılıb

Azərbaycan, Bakı, 5 may /Trend/

Danimarkada bazar günü axşam paytaxtın "Parken" stadionunda keçirilən "Kopenhagen"-"Brondbyu" oyunundan sonra 20-yə yaxın azarkeş polis tərəfindən saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Polis inspektoru Henrik Meller "Ritsaus byuro" agentliyinə bildirib: "Tamaşaçılar idman kompleksini tərk edərkən "Kopenhagen"in bir qrup fanatı çıxışa qaçaraq "Brondbyu"nun azarkeşlərinə hücum ediblər. Davada 200-ə yaxın adam iştirak edib.

Bundan sonra polis, vəziyyətə nəzarəti ələ alıb və "Brondbyu"nun azarkeşləri vağzala qədər müşayiət olunaraq onlar üçün ayrılmış qatarlarda paytaxtı tərk ediblər.

Oyun heç-heçə (1:1) başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti