...

Ukraynada Mariupol Şəhər Şurası fəallardan azad edilib

Dünya xəbərləri Materials 7 May 2014 14:19 (UTC +04:00)
Ukraynanın güc strukturları Donetsk vilayətinin Mariupol Şəhər Şurasını fəallardan azad ediblər.
Ukraynada Mariupol Şəhər Şurası fəallardan azad edilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Ukraynanın güc strukturları Donetsk vilayətinin Mariupol Şəhər Şurasını fəallardan azad ediblər. Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Şəhər Şurasının binasında təqribən 20 nəfər olub.

Hazırda separatçılar mərkəzə doğru çəkilsələr də, hücuma keçməyiblər. Onlar sadəcə nümayiş keçirirlər.

Qeyd edək ki, rusiyayönümlü fəallar Şəhər Şurasını aprelin 13-də zəbt etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti