...

ABŞ Yəməndəki səfirliyi gələnlər üçün müvəqqəti bağlayır

Dünya xəbərləri Materials 8 May 2014 08:38 (UTC +04:00)
ABŞ hökuməti təhlükəsizlik baxımından Yəməndəki səfirliyini gələnlər üçün müvəqqəti bağlanması haqqında qərar qəbul edib.
ABŞ Yəməndəki səfirliyi gələnlər üçün müvəqqəti bağlayır

Azərbaycan, Bakı, 8 may /Trend /

ABŞ hökuməti təhlükəsizlik baxımından Yəməndəki səfirliyini gələnlər üçün müvəqqəti bağlanması haqqında qərar qəbul edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.

"Biz Qərbin nümayəndələrinə hücumlarla əlaqədar, Sənadakı səfirliyi gələnlər üçün müvəqqəti bağlayırıq ", - Psaki bildirib.

Dövlət departamentinin nümayəndəsi bildirib ki, "əldə edilmiş məlumat ehtiyat tədbirlərini görmək üçün kifayət qədərdir ".

Xəbər lenti

Xəbər lenti