Azərbaycan, Bakı, 12 may /Trend/
Bazar ertəsinə keçən gecə Amerikanın Texas ştatında yüzə yaxın evi məhv edən yanğın nəticəsində yüzlərlə sakin köçürülüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi CNN telekanalına istinadən xəbər yayıb.
Dairənin Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Xatçinson bildirib ki, 1,2 minə yaxın ev yanmaq təhlükəsi qarşısındadır. Onun sözlərinə görə, ərazidə küləyin sürəti saatda 90 kilometrə çatır ki, bu da fəlakətlə mübarizə aparmağa mane olur.
Yanğının səbəbləri araşdırılır.