...

Türkiyədə zəncirvari qəza baş verib, xəsarət alan var

Dünya xəbərləri Materials 21 May 2014 02:24 (UTC +04:00)
Türkiyənin İzmit şəhəri yaxınlığında avtomobil yolunda zəncirvari qəza baş verib.
Türkiyədə zəncirvari qəza baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 21 may / Trend /

Türkiyənin İzmit şəhəri yaxınlığında avtomobil yolunda zəncirvari qəza baş verib. Trend "Anadolu" agentliyinə istinadən bu barədə çərşənbə günü məlumat verir.

Məlumata görə, qəza nəticəsində iki sərnişin avtobusu, dörd minik avtomobili və 18 yük maşını toqquşub.

Yol qəzası nəticəsində 29 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti