...

Somalidə qətlə yetirilən "Türk hava yolları"nın əməkdaşının meyiti vətənə gətirilib

Dünya xəbərləri Materials 29 May 2014 00:56 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda qətlə yetirilən "Türk hava yolları"nın mühafizə rəisinin meyiti dəfn olunmaq üçün vətəninə gətirilib.
Somalidə qətlə yetirilən "Türk hava yolları"nın əməkdaşının meyiti vətənə gətirilib

Azərbaycan, Bakı, 29 may / Trend /

Somalinin paytaxtı Moqadişoda qətlə yetirilən "Türk hava yolları"nın mühafizə rəisinin meyiti dəfn olunmaq üçün vətəninə gətirilib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Dəfn mərasimi cümə axşamı keçiriləcək.

Somalinin paytaxtı Moqadişoda çərşənbə axşamı "Türk hava yolları"nın əməkdaşları olan avtomobilə hücum edilib.

Hücum nəticəsində "Türk hava yolları"nın mühafizə rəisi ürəyindən güllə yarası alaraq həlak olub.

Xəbər lenti

Xəbər lenti