...

Dövlət Departamenti: Yaraqlıların hücumu İraqdan neft ixracına təsir göstərməyib

Dünya xəbərləri Materials 19 İyun 2014 00:41 (UTC +04:00)
ABŞ hakimiyyəti bəyan edib ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının sünni yaraqlıların hücumu İraq neftinin dünya bazarına tədarüküna əhəmiyyətli təsir göstərməyib.
Dövlət Departamenti: Yaraqlıların hücumu İraqdan neft ixracına təsir göstərməyib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

ABŞ hakimiyyəti bəyan edib ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının sünni yaraqlıların hücumu İraq neftinin dünya bazarına tədarüküna əhəmiyyətli təsir göstərməyib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi xəbər verir.

"Hazırda biz İraq tərəfindən neft təchizatında ciddi fasilələri müşahidə etmirik", - ABŞ prezidentinin mətbuat katibi Cey Karni çərşənbə günü brifinqdə bildirib.

Vaşinqton dünya bazarında qiymətlərin sabitləşməsi üçün ABŞ strateji neft ehtiyatlarını istifadə etmək niyyətində olması barədə jurnalistlərin sualına Karni cavab verməkdən imtina edib.

Bundan öncə xəbər verilib ki, İŞİD yaraqlıları Bayci şəhərindəki İraqın ən iri neft emalı zavoduna hücum ediblər.

Frans Press agentliyinin məlumatına görə, yaraqlılar NEZ-in ərazisinə daxil olub və bir neçə neft anbarını məhv edə biliblər.

Xəbər lenti

Xəbər lenti