...

Türkiyədə hərbi çevrilişi hazırlayan məhkumların işlərinə yenidən baxılacaq

Dünya xəbərləri Materials 19 İyun 2014 01:48 (UTC +04:00)
Türkiyənin Konstitusiya Məhkəməsi qərara alıb ki, "Balyoz" ("Gürz") hərbi çevrilişinin hazırlanması işi üzrə məhkumların hüquqları sübutların toplanması zamanı pozulub.
Türkiyədə hərbi çevrilişi hazırlayan məhkumların işlərinə yenidən baxılacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Türkiyənin Konstitusiya Məhkəməsi qərara alıb ki, "Balyoz" ("Gürz") hərbi çevrilişinin hazırlanması işi üzrə məhkumların hüquqları sübutların toplanması zamanı pozulub. Trend "Hurriyet Daily news" qəzetinə istinadən bu barədə məlumat verir.

Məhkəmə bildirib ki, təqsirləndirilən şəxslərə qarşı sübutlar, o cümlədən qanunsuz dinləmə qeyri-qanuni yolla toplanılıb.

Bu iş üzrə qərar Türkiyə məhkəmələrini 230 məhkumun işinə yenidən baxmağa məcbur edir.

Xəbər lenti

Xəbər lenti