...

BƏƏ hakimiyyəti Ramazan ayında ərzaq məhsullarının qiymətlərinin artırılmasına qadağa qoyub

Dünya xəbərləri Materials 29 İyun 2014 17:10 (UTC +04:00)
BƏƏ hakimiyyəti müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında ərzaq mallarına qiymətlərin artırılmasına qadağa qoyub.
BƏƏ hakimiyyəti Ramazan ayında ərzaq məhsullarının qiymətlərinin artırılmasına qadağa qoyub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

BƏƏ hakimiyyəti müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında ərzaq mallarına qiymətlərin artırılmasına qadağa qoyub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə əmirlik KİV-ləri bazar günü məlumat verir.

BƏƏ-nin iqtisadiyyat nazirliyinin bəyanatına əsasən, hətta ərzaq mallarının topdan və pərakəndə satışı zamanı ən cüzi qiymət artımı yalnız hakimiyyətin razılığı ilə həyata keçirilməlidir.

Ramazan ərzində ticarət obyektlərində yoxlamalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti