...

Məhkəmə metrodakı hadisə ilə bağlı şübhəli şəxsin həbsinə icazə verib

Dünya xəbərləri Materials 17 İyul 2014 22:09 (UTC +04:00)
Məhkəmə Moskva metrosundakı hadisə ilə bağlı metropoliteninin işçisi Valeri Başkatovun həbsinə icazə verib.
Məhkəmə metrodakı hadisə  ilə bağlı şübhəli şəxsin həbsinə icazə verib

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Məhkəmə Moskva metrosundakı hadisə ilə bağlı metropoliteninin işçisi Valeri Başkatovun həbsinə icazə verib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"Başkatovun həbs müddəti sentyabrın 15-dək müəyyən olunub", - hakim bildirib.

Çərşənbə axşamı Moskva metrosunun tarixi ərzində ən iri texnogen qəza baş verib: "Qələbə Parkı" - "Slavyan bulvarı" stansiyalar arasında sərt dayanma nəticəsində qatarın üç vaqonu relsdən çıxıb. Son məlumatlara görə, 23 nəfər ölüb, 158 nəfər xəsarət alıb, onlardan 146 nəfər xəstəxanaya yerləşdirilib.

Başkatov insan tələfatına səbəb olan işlərinin aparılması metodikasını və texnologiyasını pozulmasında şübhəli bilinir.

Xəbər lenti

Xəbər lenti