...

Rusiya hərbi bazasının irimiqyaslı təlimləri Ermənistanda keçiriləcək

Dünya xəbərləri Materials 10 Oktyabr 2014 12:30 (UTC +04:00)
Cənub Hərbi Dairəsinin (CHD) Rusiya hərbi bazasının bütün hissələrinin iştirakı ilə oktyabrın 13-dən 19-dək irimiqyaslı təlimləri ilk dəfə Ermənistanda keçiriləcək.
Rusiya hərbi bazasının irimiqyaslı təlimləri Ermənistanda keçiriləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Cənub Hərbi Dairəsinin (CHD) Rusiya hərbi bazasının bütün hissələrinin iştirakı ilə oktyabrın 13-dən 19-dək irimiqyaslı təlimləri ilk dəfə Ermənistanda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Novosti-Armeniya CHD-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yay təhsili dövrünün yekun imtahanları olacaq Qafqazdakı təlimlərdə 3 minə ayxın hərbi qulluqçu, 500 ədəd hərbi və xüsusi texnika iştirak edəcək. Eləcə də təlimlərdə Yerevandakı Erebuni hərbi aerodromunda cəmləşmiş Rusiya aviasiya birləşmələrinin MiQ-29 müasir qırıcılarının dördüncü nəsli iştirak edəcək.

Məlumata görə, təlimlərdə əsas məqsəd birləşmələrin hərbi hazırlığının yoxlanmasıdır. Taktiki təlimlər zamanı Rusiya hərbi qulluqçuları zirehli tank və avtomobil texnikasının müxtəlif növlərində min kilometr marş həyata keçirəcək, 30 mindən çox artilleriya mərmisi atacaq, avtomatik toplardan və böyuk kalibrli pulemyotlardan 300 min atəş açacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti