Azərbaycan, Bakı, 10 noyabr /Trend /
Dağıstanın prezidenti Ramazan Abdulatipovun korteji qəzaya uğrayıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
"Bu gün iş günündən sonra Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, ölən yoxdur", Dağıstan hökumətinin mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
Yol-nəqliyyat hadisəsinin Mahaçqala-Kaspiysk yolunda baş verib.