...

Abdulatipov qəza faktını təsdiqlədi

Dünya xəbərləri Materials 12 Noyabr 2014 14:18 (UTC +04:00)
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov bazar ertəsi gecə saatlarında Mahaçqala-Kaspiysk avtomobil yolunda öz kortejindən olan maşının iştirakı ilə qəza baş verməsi faktını təsdiqləyib.
Abdulatipov qəza faktını təsdiqlədi

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov bazar ertəsi gecə saatlarında Mahaçqala-Kaspiysk avtomobil yolunda öz kortejindən olan maşının iştirakı ilə qəza baş verməsi faktını təsdiqləyib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, R.Abdulatipov sosial şəbəkədə yazıb ki, sürücüsü içikli olan "Opel Astra" kortejdən olan maşına çırpılıb. Həmin maşın qarşı hərəkət zolağına çıxıbmış. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb və hazırda xəstəxanadadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti