...

"Şahdəniz-2" layihəsi üçün boruların ilk partiyası Batumiyə gətirilib

Dünya xəbərləri Materials 20 Noyabr 2014 13:19 (UTC +04:00)
Batumi Dəniz Limanının (BDL) rəhbərliyi Azərbaycanda “Şahdəniz-2” layihəsinin reallaşdırılması üçün nəzərdə tutulan boruların daşınması ilə bağlı "Panalpina" şirkəti ilə razılaşma əldə edib.
"Şahdəniz-2" layihəsi üçün boruların ilk partiyası Batumiyə gətirilib

Gürcüstan, Tbilisi, 20 noyabr /Trend, müxbir Nana Kirsxaliya/

Batumi Dəniz Limanının (BDL) rəhbərliyi Azərbaycanda "Şahdəniz-2" layihəsinin reallaşdırılması üçün nəzərdə tutulan boruların daşınması ilə bağlı "Panalpina" şirkəti ilə razılaşma əldə edib. Trend xəbər verir ki, bu barədə cümə axşamı limanın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, artıq Batumi limanına Azərbaycanın "Şahdəniz-2" layihəsi üçün çəkisi altı tonadək olan polad boruların ilk partiyası gətirilib.

İriqabaritli boruların yeni partiyasının Batumi limanına gələn ilin əvvəlində gətiriləcəyi gözlənilir.

Limana çatdırılan borular dəmir yolu ilə Azərbaycana daşınacaq.

Məlumatda deyildiyi kimi, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi dünya praktikasında ən iri və mürəkkəb layihələrdən biri hesab edilir və buna görə də Batumi Dəniz Limanının bu layihə üçün boruların daşınması məntəqəsi kimi seçilməsi Qara dəniz regionunda onun bir daha etibarlı və sabit tərəfdaş statusunu təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti