...

Nyu-Yorkda etirazçılar üç körpünü bağlayıblar

Dünya xəbərləri Materials 25 Noyabr 2014 12:17
Nyu-Yorkda Ferqyusonda silahsız yeniyetməni güllələyən polis barəsində andlıların ittiham irəli sürməməklə bağlı qərarına etiraz edənlər üç körpünü bağlayıblar.
Nyu-Yorkda etirazçılar üç körpünü bağlayıblar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Nyu-Yorkda Ferqyusonda silahsız yeniyetməni güllələyən polis barəsində andlıların ittiham irəli sürməməklə bağlı qərarına etiraz edənlər üç körpünü bağlayıblar. Trend xəbər verir ki, bu barədə RİA Novosti yerli "Epoch Times" nəşrinə istinadən məlumat yayıb.

Nyu-Yorkun "Tayms skver" rayonunda minlərlə adam "Əllər yuxarı, atəş açma!" sədaları altında küçələrə çıxıblar. Nümayişlər Andlılar Məhkəməsinin qərarı məlum olana kimi davam edəcək.

KİV xəbər verir ki, etirazçılar Trayboro, Manhetten və Bruklin körpülərinə girişi bağlayıblar. Məlumat hələlik rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, avqustda silahsız yeniyetmənin güllələnməsindən sonra başlanan etiraz aksiyaları dəfələrlə polislə toqquşmalara qədər böyüyüb. Məsələ milli və beynəlxalq əks-səda doğurub. Bir müddət əvvəl ABŞ Prezidenti nümayişçiləri andlıların qərarına hörmətlə yanaşmağa və öz mövqelərini dinc şəkildə ifadə etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti