...

Londonda ABŞ-dakı nümayişlərə həmrəylik aksiyalarının onlarla iştirakçısı saxlanılıb

Dünya xəbərləri Materials 11 Dekabr 2014 12:36 (UTC +04:00)
Londonun bir neçə yüz sakini ABŞ-da polisin qaradərili vətəndaşı öldürməsinə etiraz əlaməti olaraq uzanmış vəziyyətdə aksiya keçiriblər.
Londonda ABŞ-dakı nümayişlərə həmrəylik aksiyalarının onlarla iştirakçısı saxlanılıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Londonun bir neçə yüz sakini ABŞ-da polisin qaradərili vətəndaşı öldürməsinə etiraz əlaməti olaraq uzanmış vəziyyətdə aksiya keçiriblər. Trend xəbər verir ki, bu barədə "İnterfaks" Britaniyanın "Sky News" telekanalına istinadən məlumat yayıb.

Bu etiraz aksiyasının 70-dən artıq iştirakçısı saxlanılıb. Etirazçılar Londonun qərb hissəsində yerləşən "Uestfild" ticarət mərkəzinin düz qarşısında yerə uzanıblar. Onların əksəriyyəti əllərində üzərində "Qaradərililərin həyatı əhəmiyyətlidir" və "Ferqyusonla həmrəylik" sözləri yazılmış plakatlar tutublar.

Bu günlərdə ABŞ-ın bir çox şəhərlərində irqçiliyə və polis özbaşınalığına qarşı kütləvi nümayişlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti