...

KİV: Sabiq Florida qubernatoru Ceb Buş 2016-cı il prezident seçkilərində iştirak edə bilər

Dünya xəbərləri Materials 14 Dekabr 2014 12:26 (UTC +04:00)
ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı - Florida ştatının sabiq qubernatoru Ceb Buş, artıq demək olar ki, 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə qərar verib.
KİV: Sabiq Florida qubernatoru Ceb Buş 2016-cı il prezident seçkilərində iştirak edə bilər

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı - Florida ştatının sabiq qubernatoru Ceb Buş, artıq demək olar ki, 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə qərar verib. O, bu barədə "yaxın bir ay ərzində" elan edə bilər. Trend TASS agentliyinə istinadən bu barədə Washington Post qəzeti məlumat verir.

Washington Post hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.

Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı polittexnoloqlar üzərində gizli mübarizə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti