...

İsveçdə "erməni soyqırımı"nın inkarı cinayət sayılmayacaq

Dünya xəbərləri Materials 6 Yanvar 2015 13:19 (UTC +04:00)
İsveç məhkəməsi “erməni soyqırımı”nın inkarının cinayət sayılmayacağına dair qərar çıxarıb.
İsveçdə "erməni soyqırımı"nın inkarı cinayət sayılmayacaq

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

İsveç məhkəməsi "erməni soyqırımı"nın inkarının cinayət sayılmayacağına dair qərar çıxarıb. Trend xəbər verir ki, bu barədə Ermənistan KİV Fransanın "Araç" qəzetinə istinadən məlumat verib.

Qərar müxtəlif dairələr tərəfdən türk təşkilatlarına və qəzetlərinə qarşı təqdim edilən şikayətlərə cavab olaraq verilib.

Hakim Linda Molininin yekun qərarında deyilir ki, İsveç parlamentinin ermənilərə qarşı "soyqırım" törədilməsini tanımasına baxmayaraq, onun inkarı mətbuat və fikir azadlığı çərçivəsinə uyğun olaraq cinayət hesab edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti