...

Ərdoğan: Türkiyə tarixi faktların saxtalaşdırılmasına yol verməyəcək

Dünya xəbərləri Materials 6 Yanvar 2015 16:27 (UTC +04:00)
Türkiyə tarixi faktların, o cümlədən 1915-ci il hadisələrinin saxtalaşdırılmasına yol verməyəcək.
Ərdoğan: Türkiyə tarixi faktların saxtalaşdırılmasına yol verməyəcək

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə tarixi faktların, o cümlədən 1915-ci il hadisələrinin saxtalaşdırılmasına yol verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərin 7-ci konfransında çıxış edərkən deyib.

R.T.Ərdoğan qeyd edib ki, dünyada bir sıra dairələr qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd edəcəklər.

Dövlət başçısının sözlərinə görə, Ermənistan 1915-ci il hadisələrini "soyqırım" kimi təqdim etməklə həmin hadisələri saxtalaşdırmaq üçün hər cür səy göstərir: "Türkiyə bütün vasitələrlə Ermənistanın 1915-ci il hadisələrini "soyqırım" kimi təqdim etməsi cəhdlərinə qarşı mübarizə aparacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti