Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/
"İslam Dövləti" terror təşkilatının Liviya qolunun nümayəndələri iki tunisli jurnalistin edam edildiyini bəyan ediblər.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, jurnalistlər 4 ay əvvəl itkin düşmüşdülər.
Öldürülən jurnalistlərin adları Sofyen Şurabi və Nadir Qtaridir. Hazırda məlumatın doğruluğunu təsdiq etmək imkanı yoxdur. Jurnalistlər dinə qarşı mübarizə aparan peyk kanalında çalışmaqda ittiham olunublar.