...

Gümrüdə rus hərbçinin gülləsinə tuş gəlməyən 6 aylıq uşaq da öldü

Dünya xəbərləri Materials 19 Yanvar 2015 17:47 (UTC +04:00)
Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib. Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib. Bu barədə Trend Novosti Armeniya-ya istinadən xəbər verir.
Gümrüdə rus hərbçinin gülləsinə tuş gəlməyən 6 aylıq uşaq da öldü

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib. Trend-in Novosti Armeniya-ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğunu bildirmişdilər.

Qeyd edək ki, yanvarın 12-də səhər cinayətkar Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.

Cinayətkar avtomatın açılmamasına görə 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti