...

İran kəşfiyyat peykini kosmosa buraxdı (VİDEO)

Dünya xəbərləri Materials 2 Fevral 2015 16:13 (UTC +04:00)
Bazar ertəsi iranlı mütəxəssislər ölkənin dördüncü peykinin orbitə buraxılmasını uğurla həyata keçiriblər.
İran kəşfiyyat peykini kosmosa buraxdı (VİDEO)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Ümid Nihayeş/

Bazar ertəsi iranlı mütəxəssislər ölkənin dördüncü peykinin orbitə buraxılmasını uğurla həyata keçiriblər. Trend xəbər verir ki, bu barədə IRINN dövlət televiziyası məlumat verib.

GPS naviqasiya sistemi ilə təchiz edilmiş "Fəcr" peyki "Səfir" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb. Bu, kəşfiyyat peykidir və Günəş enerjisi ilə çalışır.

"Fəcr" özündən əvvəlki "Ümid", "Rəşad" və "Navid" peyklərindən onda yerləşdirilən mikromühərriklərə görə fərqlənir ki, bunlar da ona orbitdə meylini dəyişdirməyə imkan verəcək.

Peykin funksiyalarına topoqrafik çəkilişlər, həmçinin meteoroloji məqsədlər üçün fotoçəkilişlərvə İranın kosmik texnologiyalarının yaxşılaşması üçün testlərin keçirilməsi daxildir.

Peyk İranın Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və inşa edilib.

İran 1959-cu ildə yaradılan BMT-nin Kosmik məkandan dinc məqsədlər üçün istifadə üzrə komitəsinin 24 təsisçi ölkəsindən biridir.

Yaxın 4 il ərzində İran kosmosa insan göndərilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti