...

Hillari Klinton federal qanunvericiliyi pozmaqda təqsirləndirildi

Dünya xəbərləri Materials 3 Mart 2015 14:36 (UTC +04:00)
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton vəzifədə olduğu müddətdə iş yazışmaları üçün şəxsi poçt ünvanından istifadə edib.
Hillari Klinton federal qanunvericiliyi pozmaqda təqsirləndirildi

Azərbaycan, Bakı, 3 mart /Trend/

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton vəzifədə olduğu müddətdə iş yazışmaları üçün şəxsi poçt ünvanından istifadə edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu fəaliyyət federal qanunla müəyyən edilmiş tələbi poza bilər. Həmin tələbə əsasən, bütün iş yazışması saxlanılmalıdır.

Məlumata görə, H.Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb. Qanuna əsasən, vəzifəli şəxslərin əldə etdikləri və göndərdikləri elektron və kağız məktublar dövlət arxivinə aid hesab edilir və Konqresin komitələri, tarixçilər və KİV əməkdaşlarının onları tapması üçün saxlanılmalıdır.

Gizli materiallar istisna təşkil edir. Hazırda onun paroldan istifadə edib-etməməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti