Azərbaycan, Bakı, 17 mart /Trend/
Moskva meri Sergey Sobyanin özünün və şəhər hökumətinin üzvlərinin məvacibini azaldıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə S.Sobyanin şəhər nazirlər kabinetinin iclasında deyib.
Merin imzaladığı fərmana əsasən, məvaciblər 10 faiz azaldılacaq. Onun sözlərinə görə, iyulun 1-i Moskva İcra Hakimiyyəti orqanlarında təqribən 3 min məmur ixtisar ediləcək. Bunlar əsasən kadr, hüquq, informasiya şöbələrinin işçiləri olacaq.