Azərbaycan, Bakı, 28 mart / Trend/
Şri-Lanka prezidentinin kiçik qardaşına iki gün öncə naməlum şəxs balta ilə hücum edib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, prezdentin qardaşı Priyana Sirisena baş nahiyəsindən aldığı xəsarətlərdən vəfat edib.
Polisin verdiyi məlumata görə, insident Sirisenanın dostu ilə mübahisə etdiyi anda baş verib.
Hücum edən şəxs artıq tutulub, istintaq aparılır, polislər bildiriblər.