...

Türkiyədə məktəbli avtobusu aşıb: xəsarət alanlar var

Dünya xəbərləri Materials 23 Aprel 2015 14:24 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində məktəbliləri daşıyan avtobus aşıb.
Türkiyədə məktəbli avtobusu aşıb: xəsarət alanlar var

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mersin vilayətində məktəbliləri daşıyan avtobus aşıb. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən yol-nəqliyat hadisəsi nəticəsində 15 məktəbli xəsarət alıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanya çatdırılıblar. Xilaskarlar hadisə yerində işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti