Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Yelena Kosolapova/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yeni hökumətdə Kərim Məsimovu Baş nazir vəzifəsinə təyin edib. Bu barədə Trend Prezidentin mətbuat xidmətinə əsasən məlumat verir.
K.Məsimovun namizədliyini bunadək parlamentin aşağı palatasının fraksiya rəhbərləri dəstəkləmişdilər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, N.Nazarbayev yenidən Qazaxıstan Prezidenti seçildikdən sonra ölkə hökuməti səlahiyyətlərini dayandırmışdı.
K.Məsimov əvvəlki hökumətdə də Baş nazir olub.