...

Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi

Dünya xəbərləri Materials 6 İyun 2015 14:55 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ziyayət etdiyi Ərdəhan vilayətində xalqla görüşü zamanı orada yaşayan azərbaycanlı qadının şikayətini dinləyib.
Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ziyarət etdiyi Ərdəhan vilayətində xalqla görüşü zamanı orada yaşayan azərbaycanlı qadının şikayətini dinləyib. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, Ərdoğan xalqa müraciət etdiyi tribunadan enərək qadının şikayətini dinləmək üçün ona yaxınlaşıb.

Ərdoğana şikayət edən qadın Azərbaycan vətəndaşı və əcnəbi olduğu üçün özünün və oğlunun Türkiyədə işsizlik problemi ilə üzləşdiyini bildirib.

Türkiyə Prezidenti bu problemin tez bir zamanda həll olunacağını vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti