...

Pentaqonun müsabiqəsində qalib olan 3,5 milyon dollar alacaq

Dünya xəbərləri Materials 8 İyun 2015 05:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Pentaqonun Perspektivli Tədqiqat Proqramları İdarəsi ekstremal şəraitdə işləmək qabiliyyətinə malik ən yaxşı robot istehsalçılarını müəyyənləşdirmək üçün Kaliforniyada müsabiqə keçirir.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, müsabiqədə 23 komanda iştirak edir.

Onlar qısa vaxt ərzində xeyli sayda mürəkkəb tapşırıqları yerinə yetirməlidirlər.

Müsabiqənin qalibinə 3,5 milyon dollar həcmində qrant veriləcək.

Xəbər lenti

Xəbər lenti