Azərbaycan, Bakı, 16 iyun /Trend/
Tbilisinin mərkəzində daha bir torpaq sürüşməsi baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaşayış binasının divarı və damı zərər görüb.
Xilasetmə xidməti və polis patrul xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Yerli geoloqlar vəziyyəti öyrəndikdən sonra müvafiq işlər görüləcək.
Xatırladaq ki, iyunun 14-də Gürcüstan paytaxtında baş vermiş güclü daşqın nəticəsində 15 nəfər ölüb, 7 nəfər isə itkin düşüb.