...

Fransa prezidenti casusluqla bağlı öhdəliyi ABŞ-ın yadına saldı

Dünya xəbərləri Materials 26 İyun 2015 10:50 (UTC +04:00)
Fransa prezidenti Fransua Olland xəbərdarlıq edib ki, ABŞ Fransa liderlərini izləməklə bağlı öhdəliklərə əməl etməsə, Fransa bunu Amerika-Fransa münasibətlərinə ciddi zərbə kimi qiymətləndirəcək.
Fransa prezidenti casusluqla bağlı öhdəliyi ABŞ-ın yadına saldı

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Fransa prezidenti Fransua Olland xəbərdarlıq edib ki, ABŞ Fransa liderlərini izləməklə bağlı öhdəliklərə əməl etməsə, rəsmi Paris bunu Amerika-Fransa münasibətlərinə ciddi zərbə kimi qiymətləndirəcək. Trend-in verdiyi məlumata əsasən, bu barədə "Frans Press" agentliyi xəbər verir.

F.Olland Brüsseldə Aİ-nin sammitinin birinci günündə jurnalistlərə bildirib ki, öhdəliklərin qəbul edildiyi tarixdən (2013-cü il noyabr) etibarən belə bir hal baş veribsə, onda bu, Fransa-Amerika münasibətlərinə hörmətsizlikdir.

Qeyd edək ki, çərşənbə axşamı WikiLeaks portalında dərc olunan sənədlərə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransu Olland da daxil olmaqla yüksək rütbəli fransa rəsmilərini izləyib. Fransa mətbuatının əldə etdiyi məlumatlara əsasən, Fransa prezidentləri 2006-2012-ci illərdə izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti