...

​Yunanların 61,33%-i referendumda kreditorlarla sazişin əleyhinə çıxış ediblər

Dünya xəbərləri Materials 6 İyul 2015 04:21 (UTC +04:00)
Yunanıstanda keçirilən referendum bülletenlərinin 92 faizi artıq hesablanıb
​Yunanların 61,33%-i referendumda kreditorlarla sazişin əleyhinə çıxış ediblər

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Yunanıstanda keçirilən referendum bülletenlərinin 92 faizi artıq hesablanıb.

Trend-in xarici KİV-lərə isitnadən veridiyi xəbərə əsasən, əhalinin 61,33 faizi ölkənin əsas kreditorlarla maliyyə yardımının göstərilməsinə dair sazişin imzalanmasına qarşıdır.

Sazişin imzalanmasının "lehinə" isə hələ ki, yunanların 38,69 faizi çıxış edib.

Bundan əvvvəl Almaniya və Fransa liderlərinin çərşənbə axşamı avrozonanın təcili sammitinin keçirilməsi bardə razılıq əldə etdiyi xəbər verilib.

Xəbər lenti

Xəbər lenti