...

Səfir: "İran sübut etdi ki..." (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 İyul 2015 15:40 (UTC +04:00)
İran və "altılıq" ölkələri arasında sazişin imzalanması hər iki tərəfin qələbəsi hesab edilir.
Səfir: "İran sübut etdi ki..." (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:57-də yayılıb)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Ənvər Məmmədov/

İran və "altılıq" ölkələri arasında sazişin imzalanması hər iki tərəfin qələbəsi hesab edilir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, tərəflər arasında İranın nüvə proqramı ilə bağlı çoxillik problemin nizamlanması haqqında sazişin imzalanması İran, "altılıq ölkələri" və bütün regionun qələbəsidir: "Bu, hamı üçün böyük və çox vacib hadisədir. Sanskiyaların ləğvi İran və region ölkələri arasında əlaqələrin inkişafına təkan verəcək".

Diplomatın sözlərinə görə, İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etməyə hazırlaşmayıb: "Diplomatlarımız Qərbi nüvə siyasətimizin dinc məqsədlər üçün olduğuna inandıra bildi. Tərəf müqabillərimiz bizi müharibə ilə qorxudurdular, lakin biz həmişə danışıqlara köklənmişdik. Danışıqların əsas məqsədi nüvə proqramımızın davamına nail omaq idi və biz buna nail olduq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti